kargo

Erməni deputat ölkəsinin hərbi hissələrindəki cinayətlər barədə: “Başqa cür ola da bilməzdi”

Erməni deputat ölkəsinin hərbi hissələrindəki cinayətlər barədə: “Başqa cür ola da bilməzdi”

78676
“Ermənistan ordusunda faciəli hadisələrin sayının artması kompleks problemlərin nəticəsidir”.

Bu barədə “Şərəf duyuram” blokundan olan deputat, parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının üzvü Tiqran Abramyan deyib.

“Orduda təhlükəsizlik qaydalarının pozulması, intihar, qətl və xəsarətlərin sayının artması ilk növbədə, nizam-intizam problemləri, əsgər-zabit münasibətlərinin keyfiyyəti, ideoloji-təbliğat işinin yetərincə aparılmaması ilə bağlıdır”, - deyə deputat özünün “Facebook” hesabında yazıb.

Abramyanın hələ açıqlama istəmədiyi daha ciddi səbəblərin olduğunu da vurğulayıb.

Onun fikrincə, hakimiyyətdəki insanların iradəsi olmadığından bu və digər problemlərin həllini gözləmək mümkün deyil, Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərləri isə əsasən daxili siyasi xarakter daşıyan tamamilə fərqli işlərlə məşğuldurlar. Onların bunu etməyə nə vaxtı, nə də səlahiyyəti var.

Xatırladaq ki, dekabrın 10-da axşam saatlarında Ermənistanın hərbi hissələrindən birində atışma olub. Hadisə nəticəsində bir əsgər ölüb, daha iki əsgər isə yaralanıb. İki gün əvvəl isə daha bir əsgər hərbçi yoldaşının açdığı atəş nəticəsində ağır yaralanmışdı.

Mənbə: Sputnik Ermənistan
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ