kargo

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı əlindən alındı

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı əlindən alındı

1 158
Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.

AMİA.AZ xəbər verir ki, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib. O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.

Lakin mükafatlandırma zamanı erməni himninin səsləndirilməsi zamanı Sabir Cəfərov kürsünü tərk edib. Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.

“U-20 Avropa çempionatını təşkil edən Dünya Güləş Birliyinin öz qaydaları var. Azərbaycan millisinin güləşçisi Sabir Cəfərov qaydaları pozduğu üçün medalı əlindən alınıb”,- Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.qafqazinfo.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ