kargo

Ürəyi partlayıb ölən qazinin borclu olduğu bank kimindir?

Ürəyi partlayıb ölən qazinin borclu olduğu bank kimindir?

354
Qarabağ qazisi polkovnik Şahmurad Məmmədovun Sumqayıt Şəhər İcra Şöbəsində dünyasını dəyişməsi gündəmin əsas müzakirə mövzusudur.

AMİA.AZ xəbər verir ki, Şahmurad Məmmədovun "Muğanbank”a 11 min manat kredit borcu olub. Məhkəmə və bank kredit borcunu Qarabağ qazisinin pensiya kartına yönəldib. Şahmurad Məmmədovun kartı bloklanıb. Qazi məsələni aydınlaşdırmaq üçün Sumqayıt Şəhər İcra Şöbəsinə gedib və orada ürəyi partlayaraq ölüb.

AMİA.AZ xəbər verir ki, "Muğanbank” keçmiş deputat, "Odlar Yurdu” Universitenin rektoru Əhməd Vəliyevə məxsusdur. Bankın səhmdarları aşağıdakı şəxslərdir:

Mehdiyev Elmir Maqbet oğlu - 63,50 %
Vəliyeva Vəfa Əhməd qızı - 12,05 %

Mehdiyev Maqbet Rəhim oğlu - 13,10%
Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 %

Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva onun qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.

Bundan başqa, mətbuatda gedən məlumatlara görə, "Muğanbank”da əsas söz sahiblərindən biri də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi işləmiş, əmisi oğlu Vüqar Mahmudov olub. Bildirilir ki, Vüqar Mahmudovun "Muğanbank”da söz sahibi olması Əhməd Vəliyevin Eldar Mahmudov nazir olarkən onun himayəsinə keçməsi ilə əlaqədardır.

Əhməd Vəliyevin "Odlar Yurdu” Universitetində Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudovun 91 illiyini qeyd etməsi, həmçinin ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaratması və tələbələrə Əhməd Mahmudov adına təqaüd verilməsi də rektorun keçmiş MTN şefinə yaxınlığı ilə izah edilir.Qaynarinfo
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ