kargo

“Qarabağ”ın oyununa gedənlərin NƏZƏRİNƏ! Maska tələbi qoyuldu

“Qarabağ”ın oyununa gedənlərin NƏZƏRİNƏ! Maska tələbi qoyuldu

378
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.

AMİA.AZ xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytına müraciət yerləşdirilib. Bildirilib ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadəsinin məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ