kargo

SON DƏQİQƏ! Ermənistan itki və yaralı xəbərini YENİLƏDİ: SAY ARTDI

SON DƏQİQƏ! Ermənistan itki və yaralı xəbərini YENİLƏDİ: SAY ARTDI

400
Azərbaycan Ordusunun keçirdiyi “Qisas” antiterror əməliyyatı nəticəsində erməni qanunsuz silahlılarının verdiyi itkilərin qismən açıqlandığını xəbər vermişdik.

AMİA.AZ xəbər verir ki, erməni mediası itki və yaralıların sayında "dəqiqləşmələr" aparmaqdadır.

Hazırkı məlumata görə, 2 erməni silahlı məhv ediləb, yaralıların sayı isə 19-a qalxıb.

“Onlardan 4-ü çox ağır vəziyyətdədir. Digərləri orta-ağır və ya yüngül sayıla bilər”, - məlumatda qeyd edilib.

Yaralıların bir hissəsi artıq İrəvan xəstəxanalarına göndərilib.

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri, eyni zamanda "Qisas" əməliyyatı ilə bağlı Azərbaycan MN-in yaydığı videolar erməni qanunsuz silahlı dəstələrinin daha çox itki verdiyini təsdiqləyir.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ