AMİA.AZ xəbər verir ki, əvvəlcə bir ədəd yuyulmuş və təmizlənmiş yerkökünü doğrayırıq. Daha sonra bir ədəd iri limon götürürük. Ardınca bir qaşıq sodanı bir 500 milli ilıq suya töküb qarışdırırıq. Limonu sodalı suda 10 dəqiqə saxlayırıq. Sodalı sudan limonu çıxardıb quruduruq.Qurutduqdan sonra qabıqları ilə birlikdə xırda xırda doğrayırıq. Limondan sonra 50 qram qozu xırdalayırıq. Bütün məhsulları blendərə töküb sabit qarışım alınana kimi qarışdırırıq. Sonda hazır qarışıma bir xörək qaşığı bal və bir çay qaşığı zeytun yağı əlavə edib, yaxşı-yaxşı qarışdırırıq. Budur sadə və orqanik qarışımınız hazırdır. Gündə bir dəfə, səhərlər ac qarına yeməkdən 40 dəqiqə əvvəl qəbul edə bilərsiniz. Və yaxud səhər yeməyindən 1-2 saat sonra.
Daha ətraflı videoda:
Demedia.az