kargo

Azərbaycan neftinin qiyməti 34 dollardan çox enib - Nefti nə ucuzlaşdırır?

Azərbaycan neftinin qiyməti 34 dollardan çox enib - Nefti nə ucuzlaşdırır?

974
Dünən dünya birjalarındakı konyuktura uyğun olaraq Azərbaycan neftinin də qiymətində ciddi enmə qeydə alınıb. Bir gün əvvəl 102 dollara satılan "Azeri Light" (CIF) neftinin qiyməti dünən 96,6 dollara düşüb.

AMİA.AZ xəbər verir ki, son günlərdə neft qiymətlərində enmə müşahidə edilir. İyulun 29-da Azərbaycan neftinin qiyməti 110 dollar olduğu halda hazırda 13,4 dollar ucuz satılır.

Son 2 ayın müqayisəsində isə neftin daha çox dəyər itirdiyinin şahidi oluruq. İyunun 9-dan bəri ölkəmizdən ixrac olunan neftin dəyəri 34,4 dollar enib. İki ay əvvəl Azərbaycan nefti 131 dollardan baha satılırdı.

Bəs, son günlərdə nefti ucuzlaşdıran nədir?

Müşahidələr göstərir ki, nefti ucuzlaşdıran uzunmüddətli səbəb qlobal iqtisadiyyatda aktivliyin zəifləməsi və böhran əlamətlərinin yaranmasıdır. Son 2-3 gündə isə bu səbəblərlə bərabər Çin-Tayvan gərginliyinin artması da neftin dəyərinə mənfi təsir edir.

Qlobal iqtisadi böhranın olması istehsalın və gəlirlərin azalmasına səbəb olur ki, bu da xammala, o cümlədən neftə olan tələbi zəiflədir. Bu gözlənti ilə əlaqədar olaraq dünən “OPEC+” ölkələri də gündəlik neft hasilatını cəmi 100 min barel artırmaq haqqında razılıq əldə etdilər. Halbuki, əvvəlki hər ayda gündəlik hasilat 400 min barel artırılırdı.

“OPEC+”- un ehtiyatlı davranması ondan xəbər verir ki, neft hasilatçıları tələbdə zəifləməni müşahidə edir.

Əgər dünyanda böhran əlamətləri güclənərsə, o halda, neftin dəyəri daha çox enəcək.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ