kargo

SON DƏQİQƏ! Laçında daha bir əsgərimiz həlak olub - biri yaralanıb

SON DƏQİQƏ! Laçında daha bir əsgərimiz həlak olub - biri yaralanıb

585
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

AMİA.AZ xəbər verir ki , bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ