Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada hotellərinin olduğu bildirilir.
AMİA.AZ xəbər verir ki , İsmayıl Hüseynovun bu hotel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir.
Xatırladaq ki, İsmayıl Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İsmayıl Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu.
Bəzi iddialara görə, İsmayıl Hüseynov Səfər Mehdiyevin “qara kassa”sı olub.Axar.az