Qəbul olunduğu Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar gələcək tələbəyə zəng edərək ürək sözlərini bildirib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
“Çox yaxşı bir təhsil müəssisəsini seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən gözəl şəkildə təhsil alman üçün əlimizdən nə gəlirsə, maddi və mənəvi, hər cür dəstək olacağıq”, - Ünüvar qeyd edib.
Rektor N. Ağazadənin anasına müraciət edərək “qızına qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın” deyib.
Nigar Ağazadə də universitetə qəbul olduğuna görə çox xoşbəxt olduğunu, yeni tədris ilinin başlanmasını həyəcanla gözləyəcəyini deyib. Həmin görüntüləri təqdim edirik:
Qafqazinfo