Evlər tam boşaldılır. Daha sonra isə qabda olan benzin evə tökülür. Çox keçmir ki, evə od vurulur. Xislətini hər hərəkətində bəlli edən ermənilər əzəli və əbədi azərbaycan torpağını belə tərk edirlər.
Son yayılan videodan aydın olur ki, Laçının Zabux və Sus kəndlərini tərk edən ermənilər geridə heç nə buraxmaq istəmirlər. Əllərinə keçəni aparır, apara bilmədiklərini isə yandıraraq kül edirlər.
Başqa bir görüntülərdə isə ermənilər minik maşınına az qala özündən böyük əşyalar yükləyirlər. Burada isə yüklər maşınına yığılır. Pəncərə, məhəccərlər və digər dəmir əşyaları da özləri ilə aparırlar.
Belə demək mümkündürsə, ermənilər kəntdə əllərinə keçən, gözlərinə görünən nə varsa aparmağa çalışırlar.
Ermənilər əslində bir gün buranı tərk edəcəkləri bilməli idilər. Çünkü bu torpaqlar əbədi azərbaycan ərazisidir və ayrılmazıdır. Onların buranı tərk edərkən geridə buraxdıqları mənzərə isə sadəcə barbarlıqdır. Təbii ki, onlar nə qədər də dağıtsalar, tezliklə həmin ərazilər yenidən dirçələcək və əsil sakinləri öz yurdlarına qayıdacaqlar.