kargo

“Özünə ən böyük zərbəni Rusiya vurdu…” – Satılmayan qazı havaya buraxmaq və…

“Özünə ən böyük zərbəni Rusiya vurdu…” – Satılmayan qazı havaya buraxmaq və…

296
“Rusiya Avropaya qaz ixracını saxlamaqla özünə daha çox zərbə vurmuş oldu”.

Bunu Sfera.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O qeyd edib ki, qaz ən təhlükəsiz və ən davamlı valyuta mənbəyi idi və hər yerdən əli üzülən Rusiya əsas valyutanı bu qaynaqdan alırdı:

“İş orasındadır ki, indi Rusiya təkcə pul yox, həm də qaz itirəcək. Çünki qaz yataqlarını su krantı kimi bağlamaq olmur. Qaz çıxan bəzi quyuların bağlanılması ümumiyyətlə mümkün deyil. Bəzilərini isə bağlamaq çox təhlükəlidir, böyük faciələr baş verə bilər. Bəzi aztəzyiqli quyuları isə birtəhər bağlamaq olsa da, sonradan bu quyuları işə salmaq üçün küllü miqdarda vəsait tələb olunur. Buna görə də, Rusiya Avropaya ixrac etdiyi 200 milyard kub metr qazın böyük bir hissəsini indi havaya uçuraraq yandırmaq məcburiyyətində qalacaq”.

Ekspertin sözlərinə görə, ən acınacaqlı hallardan biri də odur ki, Rusiyanın üçdə bir hissəsi qazsızdır:

“Amma yenə qaz havaya uçurulacaq. Ona görə ki, havaya yandırıb uçurduqları qazı Rusiyanın qazsız ərazilərinə vermək üçün heç infrastruktur da mövcud deyil. Görünən odur ki, Rusiyanın bir-birini əvəzləyən yanlış strateji qərarları onu daha da çıxılmaz vəziyyətə salır”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ