kargo

Rusiya hərbçiləri Kəlbəcər ərazisindən Ermənistana patrul xidməti başlatdı...-XƏRİTƏ

Rusiya hərbçiləri Kəlbəcər ərazisindən Ermənistana patrul xidməti başlatdı...-XƏRİTƏ

451
Dekabrın 24-də son bir ildən çox müddətdə ilk dəfə olaraq Rusiyanın rəsmən sülhməramlı sayılan qüvvələrinin xəritəsində 10 noyabr bəyanatında razılaşdırılımış ərazidən tamamilə kənarda Azərbaycanın Kəlbəcər rayonu və Ermənistanın Basarkeçər (Vardenis) ərazisində yeni partul xidmətinin marşrutu qeyd olunub.

AMİA.AZ xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş eyni tarixli xəritədən bəlli olur.

Xəritə sovet dövründə SSRİ silahlı qüvvələri baş qərargahının xəritəsi əsasında tərtib olunduğundan bir sıra məntəqələrin adları çətinliklə oxunur. Məlum olur ki, Rusiya hərbçilərinin partul xidməti təxminən Kəlbəcər rayonunun Susuzluq kəndi(orada 4 iyunda 2 jurnalist və 1 məmurumuz minaya düşərək həlak olublar) ərazisindən başlanır. Hinaldağ(3367) istiqamətində Təkəqaya kəndi yaxınlığından keçən marşrut sonra yenidən cənub-qərb istiqamətinə yönəlir və təxminən Aşağı Ayrum kəndi yaxınlığından Ermənistanın Basarkeçər ərazisinə - Zərgərkəndə qədər keçir. Həmin ərazidən xeyli şimaılda Vardenis şəhəri yaxınlığında yeni bir patrul məntəqəsi də qeyd olunur...

Xatırladaq ki, 10 noyabr bəyanatına əsasən Laçın dəhlizi istisna olmaqla Azərbaycan-Ermənistan sərhədi Rusiya hərbi kontingentinin məsuliyyət zonasına daxil edilməyib.

Qeyd:

Xəritədə Rusiya hərbçilərinin qırmızı xətlə göstərilən yeni patrul xidmətinin marşrutu tərəfimizdən qara dairəyə alınıb...moderator.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ