kargo

Rafael İsgəndərov şəhid Müşviq Abbasovun səs yazısını yaydı - VİDEO

Rafael İsgəndərov şəhid Müşviq Abbasovun səs yazısını yaydı - VİDEO

656
Azərbaycanın Əməkdar artisti Rafael İsgəndərov dostu, Vətən müharibəsi şəhidi Müşviq Abbasovun səs yazısını yayıb.

AMİA. AZ xəbər verir ki, səs yazısında şəhidimiz Abdal-Gülablı kəndinin gözəlliyindən bəhs edib və həsrətini dilə gətirib.

Əməkdar artist şəhidlə şəkillərinin də yer aldığı videoya bu başlığı yazıb:

"Bu gün 27 Sentyabr Anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Bildirək ki, şəhid Müşviq Abbasov əslən Ağdamın Abdalgülablı kəndindən olub. Vətən müharibəsinin ilk günlərindən iki oğlu ilə birgə ön cəbhədə savaşıb.Sfera.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ