kargo

Prezidentin idman edərkən paylaşdığı videoya rusiyalı siyasətçidən REAKSİYA: “Əsl Liderlik məhz budur”

Prezidentin idman edərkən paylaşdığı videoya rusiyalı siyasətçidən REAKSİYA: “Əsl Liderlik məhz budur”

78676
Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyində turnikdə idman edərkən paylaşdığı video qısa zaman ərzində sosial şəbəkələrdə və hətta ölkə hüdudlarından kənarda böyük maraqla qarşılanıb. Prezidentin 60 yaşında bu cür formada qalması və sağlam həyat tərzi keçirməsi ilə yanaşı bunu cəmiyyətə də aşılaması, daha dəqiq desək nümunəvi bir obraz sərgiləməsi ictimaiyyətin böyük rəğbətinə səbəb olub.
Prezidentin idman edərkən paylaşdığı videoya rusiyalı siyasətçidən REAKSİYA: “Əsl Liderlik məhz budur”

AMİA.AZ xəbər verir ki, rusiyalı politoloq və jurnalist Sergey Markov Azərbaycan Prezidentinin bu nümunəvi addımını öz sosial şəbəkə hesabında belə şərh edib: “Azərbaycan prezidenti İlham Əliyev 60 illik yubileyində turnikdə 15 dəfə dartındı. Yaxşı bir addımdır, cəsarətli Prezidentdir. Bütün əhali üçün sağlam həyat tərzini təlqin edən nümunəvi bir hərəkətdir. Yayılan bu video yüz minlərlə insanı daha sağlam həyat tərzi sürməyə, daha uzun və xoşbəxt yaşamağa sövq edir. Təsəvvür edirsiniz?. Turnikdə dartındı, video yerləşdirdi və nəticədə yüz minlərlə insan on illərlə daha çox yaşayacaq. Bəli əsl Liderlik məhz budur” – Markov fikirlərini tamamlayıb.KONKRET.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ