kargo

Koronavirusdan sağalanlar bu müddətdə ölə bilər

Koronavirusdan sağalanlar bu müddətdə ölə bilər

78676
Rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov koronavirusdan sağaldıqdan sonra ölüm riskindən danışıb.
AMİA.AZ xəbər verir ki, Kryuçkova görə, xüsusilə yaşlılar, xroniki xəstəlikləri olanlar və digər ciddi xəstəlik daşıyıcıları risk altındadır.

İmmunoloq bildirib ki, onlar insult, infarkt və ya qan laxtasının ayrılması nəticəsində ölə bilər. Həkim izah edib ki, sağaldıqdan sonra da COVID-19-un ürəkdə, beyin fəaliyyətində, sinir sistemində təsirləri davam edir: "Ən pisi odur ki, o, irəliləyir və bədən bunu kompensasiya edə bilmir. Xüsusən də həmin şəxs intensiv müalicə almırsa. Nəticədə 3-4 ay keçir və xəstə ya insult, ya da ağır infarktdan dünyasını dəyişir”.

Keçid
Hədiyyəniz Optimal
Kryuçkov bu ölümlərin koronavirus statistikasına daxil olmadığına diqqət çəkib.

Daha əvvəl də virusoloq, professor Anatoli Altşteyn koronavirusdan ölüm müddəti barədə məlumat vermişdi. Ekspertin sözlərinə görə, COVID-19-dan ölüm infeksiyadan orta hesabla 3-4 həftə sonra baş verir. Eyni zamanda "omikron” ştamı ilə yüksək ölüm nisbətini və ya xəstəliyin ağır gedişatını gözləmək lazım deyil.

Paster adına Sankt-Peterburq Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Vladimir Dedkov bildirib ki, xəstəliyin ağır gedişi və ölümcül nəticəsi olan halların sayı peyvəndlə azalır: "Ola bilsin ki, peyvənd tam qoruya bilmir, lakin buna baxmayaraq, insan yoluxduqda xəstəliyi daha yüngül keçirir”.

Təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq Vladislav Jemçuqov 60 yaşdan yuxarı ruslar üçün koronavirusa qarşı federal səviyyədə məcburi peyvəndin tətbiq edilməsinə çağırıb. O bildirib ki, həmin şəxslər ağır şərtlərlə risk altındadır.publika.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ