kargo

Deputat Bakıda kəlbəcərli seçicilərlə görüşdü – FOTOLAR

Deputat Bakıda kəlbəcərli seçicilərlə görüşdü – FOTOLAR

78676
Milli Məclisin deputatı Aqil Məmmədov Bakı şəhərində məskunlaşmış kəlbəcərli seçicilər üçün qəbul keçirib. Qəbulda seçicilərin fərdi məsələləri, həmçinin, işğaldan azad edilmiş Kəlbəcər rayonuna qayıdış müzakirə olunub. Millət vəkili bildirib ki, Azərbaycan Respublikası 2021-ci ili uğurlarla başa vurur. 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə xalqımız və dövlətimiz qarşısında yeni vəzifələr, yeni hədəflər açıb. Bunlar içərisində məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ən prioritet məsələlərdəndir.

A.Məmmədov seçicilərə qarşıdan gələn Yeni – 2022-ci il münasibətilə təbrik edib, onlara yeni ildə uğurlar, tezkildə doğma yurda dönməyi arzulayıb. Qəbulda seçicilərin fərdi məsələləri də dinlənilib. Onlarla bağlı müvafiq tədbirlər görülməsi üçün qeydə alınıb, bir sıra məsələr yerində həll edilib.
Deputat Bakıda kəlbəcərli seçicilərlə görüşdü – FOTOLAR
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ