Deputat toxunulmazlığı ləğv edilən Eldəniz Səlimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə bu gün hökm oxunub. Hökmə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmdə o da bildirilir ki, E. Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.
Ötən prosesdə çıxış edən prokuror E. Səlimovun 4 il azadlıqdan məhrum edilməsini istəyib.