kargo

Kredit almaq istəyənlərə şad xəbər: Gələn il...

Kredit almaq istəyənlərə şad xəbər: Gələn il...

78676
Banklar tərəfindən verilən kreditlərin həcminin 2022-ci ildə daha da artacağı gözlənilir. Bu gözləntini yaradan əsas dəyişikliklər isə əhalinin gəlirlərinin artması, əmək münasibətlərinin şəffaflaşdırılması və iqtisadiyyatda tələbin bir qədər də güclənməsi olacaq.

AMİA.AZ xəbər verir ki, 2020-ci ildə pandemiya iqtisadi fəallığı zəiflətdiyindən kredit qoyuluşunun həcmində də azalma olmuşdu. Lakin bu il karantin rejiminin yumşaldılması iqtisadi aktivliyi artırdı və yeni şərait kreditlərə tələbi gücləndirdiyindən banklar daha çox borc verdilər. Buna görə də bu il 2020-ci illə müqayisədə kredit qoyuluşunun həcmi 15 faiz və ya 2,125 milyard manat artaraq 16,3 milyard manata çatıb.

Ümumi vəziyyətin təhlili göstərir ki, iqtisadiyyatın kreditə olan tələbi gələn il daha böyük olacaq. Tələbin artması özünü həm biznes, həm də istehlak kreditlərində büruzə verəcək.

İstehlak kreditlərinin artması əhalinin nominal gəlirlərindəki dəyişikliklə bağlı olacaq. 2022-ci ildə əhalinin nominal gəlirlərinin cari illə müqayisədə 8 faiz artacağı proqnozlaşdırılır. Gəlirlərdə artım sürəti 2021-ci ilə nisbətən 3 dəfə yüksək olacaq.

Əməkhaqqı, müavinət və təqaüdlərin artması gəlirlərin artmasına ciddi təsir edəcək. Gəlirlərin artması isə istehlak xərclərini artıracaq. Növbəti ildə istehlak xərclərinin 10-11 faiz intervalında artması ehtimalı böyükdür.

Xərclərin gəlirlərə nisbətən daha çox artmasında istehlak kreditlərinin rolu danılmazdır. Adətən gəlirlər çox olduqda əhalinin istehlak kreditlərinə olan tələbi də güclənir.

İqtisadiyyatda aktivliyin artması, qeyri neft-qaz sektoru üzrə ixracın böyüməsi isə biznes kreditlərinə olan ehtiyacı artıracaq.

Bu il biznes kreditləri 1 milyard manatdan çox artıb. Yeni ildə tələb bir qədər də güclənəcək və biznes kreditlərində artım daha böyük məbləğlə ifadə ediləcək.
Kredit qoyuluşunun artması bank aktivlərində kredit portfelinin payının böyüməsinə şərait yaradacaq. Hazırda bankların aktivlərinin 46 faizi kreditlərdən ibarətdir. Gələn il bu göstəricinin 50 faizi ötməsi realdır.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ