kargo

Ərdoğan üç şəhəri işarə etdi - "Bizim üçün ən uyğun vaxtda..."- VİDEO

Ərdoğan üç şəhəri işarə etdi - "Bizim üçün ən uyğun vaxtda..."- VİDEO

298
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalındakı əməliyyatlarla bağlı yeni məlumat verib.

AMİA.AZ yerli mediaya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin qarşıdakı dövrdə terrora ağır zərbələr endirəcəyini ifadə edən Ərdoğan, “Suriyada Tel Rıfat, Mənbic və Ayn Əl Ərəbi təmizləyəcəyik” - deyərək sözlərinə davam edib.

"Bizim üçün ən uyğun vaxtda terrorçuların üzərinə qurudan da hücum edəcəyik. O beton tunellərin məzarlığa çevriləcəyi gün yaxındır"- deyə, o, bildirib.

Həmçinin, Ərdoğan ölkədə son zamanlar baş verən terror hadisələrinə də toxunub.

"Bu işlərdə kimin əli varsa, mütləq tapılacaq və cavabı veriləcək. Türkiyə artıq ölkəmizə və millətimizə qarşı hücumlarda iştirak edən terrorçuları və onlara kömək edən hər kəsi aşkar etmək, tutmaq və cəzalandırmaq gücünə malikdir".32gun.az

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ