kargo

“Bəzi məmurlar direktora odun əvəzinə sadəcə kağız verirdi ki, qol çəksin” - AÇIQLAMA

“Bəzi məmurlar direktora odun əvəzinə sadəcə kağız verirdi ki, qol çəksin” - AÇIQLAMA

475
“Rayon məktəblərində müəllim çatışmazlığı təbii ki,hər zaman qarşılaşdığımız problemlərdir biridir. Xüsusən, kimya, biologiya, infomatika, bu il də təcrübəmdən şahidi oldum ki, riyaziyyat müəlliminə ehtiyac duyulur. Məktəb vakant verir, ancaq gələn olmur. Çünki namizəd ya testdən, ya da müsahibədən keçməyib. Burada da doğru olmayan hal var. Məsələn, namizəd indiki 100 ballıq sistemlə götürək. 40 bal toplayıb, müsabiqədən keçə bilməyib. Məktəbə də həmin ixtisas üzrə müəllim ehtiyacdır. Məktəb rəhbəri qanunvericiliyə uyğun olaraq ilk növbədə vakansiyanın tutulacağını gözlyir, ona qədər məcburdur ki, dərsi həmin ixtisas fənnə yaxın olan digər ixtisas fənn müəlliminə versin. Məsələn, kimya müəllimi vakantdadır, hələ məktəbə kimsə təyin olunmayıb, vakansiyaların tutulma mərhələsi başa çatmayıb. Direktor ona qədər kimya dərsini müvəqqəti olaraq biologiya müəlliminin tədris etməsinə razılıq verir. Bu prosesdə də ləngimələr olur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Ramizoğlu deyib. Təhsil eksperti daha sonra bunları əlavə edib:

“Hətta elə olur ki, heç kim təyin olunmur və qonşu məktəbdən də başqa müəllim gəlmir. Bu zaman tədris ilinin sonuna qədər həmin fənni ixtisasa yaxın olan digər ixtisas müəllimi tədris edir. Gəlin, özümüzə sual verək. Kimya dərsini 40 bal toplayan tədris etsə, daha yaxşı olar, yoxsa məcburi şəkildə biologiya müəllimi? Əlbəttə, ixtisaslı müəllim. Biz bu məsələləri bir çox hallarda nəzərə almırıq. Həmin namizəd imtahandan keçə bilməyib, kəsilib, başa düşdük. Ancaq indiki vəziyyətdə baxırıq ki, ən optimal variant elə bu namizəddir. Bunu nəzərə alaq. Vakansiyaların tutulma mərhələsində də ləngimə olur, burada da təbii ki, aiddiyatı qurum bu məsələlərin həllinə çalışır. Ancaq görünən odur ki, fiziki güc bəs etmir. Bəzən olur ki, noyabr ayında müəllim təyin olunur. Burada da məktəbi anlamaq lazımdır. Dərs cədvəli qurulur, təsdiqlənir və bir çox mərhələlər yekunlaşıb. Direktor məcburdur ki, yeni gələn müəllimi də nəzər alsın və burada da nizamsız vəziyyət yaranır. Qərarlar verilərkən çox zaman yerdəki vəziyyət nəzərə alınmır. Qərar verilir, yerdəki nümayəndə bu məsələni necə həll edəcək,orasını soruşan olmur, müzakirə edən olmur. Əsas odur ki,qərar icra olunsun.
Bu yaxınlarda məktəblərin birinə riyaziyyat müəllimi ehtiyac duyulurdu və vakansiya tutulmayıb. 20 saat civarında dərs var idi və vakansiya tutulana qədər başqa məktəbdən müəllim təyin oluna bilmir. Sual yaranır ki, direktor bu qədər dərs saatını nə vaxta qədər gözləməlidir? Bu məsələni məktəbdə tənzimləmək məsələsi var, dərs boş qala bilməz, tədris olunmalıdır. Ancaq kim etməlidir? Bu cür cavabsız suallar çoxdur”.

Ekspert rayon məktəblərində istilik sistemi ilə bağlı məsələlərə də toxunub.

“Məktəblərdə istlik sistemi ilə bağlı düzü şikayət eşitməmişəm. Qarabağ Regional Təhsil İdarəsinə tabe olan istilik sistemi odunla olan məktəblərə odun verilib. Bu regionda işlədiyim üçün, şahidi olduğum üçün bu regionu misal çəkdim. Bu odun bəs edəcək, davamı olacaq o sualların cavabını bu gün verə bilmərəm. Onu zaman göstərəcək. Ancaq bu gün üçün təmin olunub və təminat əvvəlki illərdə də olurdu. Sadəcə bəzi məmurlar direktora odun əvəzinə sadəcə kağız verirdi ki, qol çəkilsin. Bu gün çalışdığım regionda isə bu məsələlərə həssas yanaşılır”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ