kargo

“Bakcell" iş adamının nömrəsini bağlayıb - İDDİA

“Bakcell" iş adamının nömrəsini bağlayıb - İDDİA

216
“Bakcell” şirkəti “Qarant Sığorta Agenti”nin telefon nömrəsini borca görə bağlayıb.

Bununla bağlı məlumatı şirkətin direktoru Abdul Məlikov saytımıza açıqlamasında bildirib.

“Bakcell" iş adamının nömrəsini bağlayıb - İDDİA

Sfera.az saytına danışan A.Məlikov qeyd edib ki, 2020-ci ildə “Qarant Sığorta Agenti” alqı-satqı olunub və altı ay əvvəl özünə məxsus olan (055) 211-97-47 mobil nömrəsini “Qarant Sığorta Agenti”nin balansına keçirib. İş adamı bildirir ki, həmin nömrə bir neçə gün öncə ikitərəfli bağlanıb.

A.Məlikov nömrənin əsassız yerə bağlandığını hesab edir:

“Nömrənin bağlanması ilə bağlı “Bakcell” şirkətinə müraciət etdik. Şirkətdən bildirdilər ki, “Qarant Sığorta Agenti”nin balansında olan nömrələr üzrə 2018-ci ildə 6500 manat borc yaranıb. Bu səbəbdən agentliyin balansında olan (055) 211-97-47 mobil nömrəsi bağlanıb.Mənim nömrəm başqa nömrələr üzrə yaranan borca görə bağlana bilməz. Bunun üçün məhkəmə qərarı və ya hər hansı icra sənədi olmalıdır. Bu sənədlərin heç biri “Bakcell” şirkətində yoxdur. Buna görə də nömrəmin bağlanması hüquqi baxımdan əsassızdır”.

Nömrənin bağlanmasının ona maddi cəhətdən zərər vurduğunu söyləyən A.Məlikov “Bakcell” şirkətinin öz müştərisinə münasibətindən, şirkətin davranışından narazı olduğunu da vurğuladı:

“Şirkətin rəsmi şəxslərindən heç kim bizi qəbul etmir, eyni zamanda bizə rəsmi sənəd təqdim edilmir. Hələ də “Qarant Sığorta Agenti”nin nömrələrə görə yaranan borcu ilə bağlı hər hansı sənədi “Bakcell”dən ala bilməmişik.Şirkət nə borca dair sənədi, nə də məhkəmə qətnaməsini təqdim edir. “Bakcell”dən Anar adlı rəhbər şəxs var, o qeyri-rəsmi söhbət zamanı bizim əməkdaşa bildirib ki, borcu olan nömrələr “Azercell”ə daşınıb. Əgər nömrələr üzrə borc yaranıbsa, həmin nömrələr başqa operatora necə daşınıb?

“Bakcell”in həmin əməkdaşı ilə söhbət zamanı bizə o da məlum olub ki, mənim nömrəm şirkətin balansına cəmi 3-4 ay öncə keçirilib. Fikrimcə, məqsədli şəkildə belə ediblər ki, bu nömrəni borcu əsas gətirərək bağlaya bilsinlər və borcu bizdən istəsinlər”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ