kargo

Türkiyədən Cənubi Qafqaza yeni avtomobil tuneli açılır

Türkiyədən Cənubi Qafqaza yeni avtomobil tuneli açılır

78676
Sabah Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır.

AMİA.AZ "Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin şərqində açılacaq "Pırınkayalar” tuneli yeni nəqliyyat arteriyasına çevriləcək.

Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir.
Açılış mərasiminin iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında müraciət edəcək.

Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. Bununla da Anadolunun şimal-şərqində yerləşən dağlıq rayonları vasitəsilə yük daşımaları asanlaşacaq.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ