kargo

Şəkidəki məktəbdə şagirdlərə ilanlarla birlikdə dərs keçilir - VİDEO

Şəkidəki məktəbdə şagirdlərə ilanlarla birlikdə dərs keçilir - VİDEO

363
Şəkinin Şirinbulaq kənd ümumi orta məktəbi qəzalı vəziyyətdədir.

AMİA.AZ xəbər verir ki , məktəb binası 50 il əvvəl, ötən əsrin 70-ci illərində tikilib istifadəyə verilib.

Bina istifadəyə verildiyi vaxtdan bu günə kimi bir dəfə də əsaslı təmir olunmayıb. Tavan sökülüb, döşəmələr çürüyüb, qırılıb.

Təhsil ocağındakı vəziyyətə görə uşaqlarının sağlamlığı üçün narahat olan valideynlər onları məktəbə göndərmək istəmirlər.

110 şagird yerlik məktəbdə hazırda 95 nəfər təhsil alır. Şagirdlər də, müəllimlər də məktəb binasının qəzalı vəziyyətdə olmasından narahat olduqlarını bildiriblər.

Məktəbin direktoru da vəziyyətin ürəkaçan olmadığını etiraf edib. Onun bildirdiyinə görə, aidiyyəti üzrə məlumat verilib, lakin hələ ki bir tədbir görülməyib. Tədris ocağının binası hər ötən gün daha da pis vəziyyətə düşür.

Şəki Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov şifahi olaraq bildirib ki, məktəblərin tikinti və təmir işləri növbəlilik əsasında aparılır. Onun sözlərinə görə, adıçəkilən məktəb binasının növbəti ildə təmir edilməsi nəzərdə tutulub.APA

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ