kargo

“Bu səfərin sonu ölümlə də bitə bilər” – Fəzail Ağamalı

“Bu səfərin sonu ölümlə də bitə bilər” – Fəzail Ağamalı

653
“Mən çox böyük məmnuniyyətlə, Təbrizə gedərdim, nə həbsdən qorxuram, nə ölümdən çəkinirəm”.

AMİA.AZ xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a müsahibəsində deyib. O, bildirib ki, bu yaxınlarda cənublu soydaşlarımızla görüşü olub:

“Onlara da dedim ki, mən çox böyük məmnuniyyətlə Təbrizə getməyə, ordakı soydaşlarımızla bir yerdə olmağa, onların milli azadlıq mübarizəsində iştirak etməyə hazıram.

Ancaq mənim ora getməyim təkcə mənim qərarımla olmur. Yəni bu, tamamilə başqa şərtlərlə həyata keçirilir və reallaşır. Yaxud da jurnalistlərin. Biz Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bu baxımdan bizim atmış olduğumuz addımlara görə həm də dövlətimiz məsuliyyət daşıyır. Bu addımlar bizə xeyirmi olar, yoxsa ziyanmı? Bizim xoşməramlı səfərimiz bizim dövlətimizə hər hansı problem yarada bilərmi? Təbii ki, onları da düşünmək lazımdır. Həmçinin təklifi vermək kifayət deyil, onun reallaşmasını da göz önünə gətirmək gərəkdir”.

F. Ağamalı deyib ki, indiki halda Azərbaycan deputatlarının İranda baş verən hadisələrlə yerində tanış olmaq məqsədi ilə bu ölkəyə hər hansı səfər real görünmür: “Bu, çox ciddi məsələdir. İndiki durumda bu, real görünmür. Bu, molla rejimini kifayət qədər qıcıqlandırar və heç arzulamadığımız bir situasiya yarana bilər.

Həbs də oluna bilərik. Həbs nədir ki? Həbsdən qorxmaq lazım deyil. Fars-molla rejimindən nəyi desən, gözləmək mümkündür. Belə bir səfər reallaşarsa, mənə elə gəlir ki, bu səfərin sonu ölümlə də bitə bilər və iki dövlət arasında münasibətlərin tamamilə müharibə vəziyyətinə də gətirib çıxarar”.
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 055 776-53-60

XƏBƏR LENTİ