kargo

Peqovun yalan maşını yenidən işə düşdü – Hadrutda türk əsgərləri var?

Peqovun yalan maşını yenidən işə düşdü – Hadrutda türk əsgərləri var?

78676
Azərbaycanın axtarışa verdiyi bloger, "Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenidən ölkəmizə qarşı təxribatçı əməlləri ilə gündəmə gəlib.

Onun "Wargonzo” teleqram kanalı iddia edib ki, Prezident İlham Əliyevin Hadrutda açılışını etdiyi Komando Briqadası guya Türkiyə hərbi bazasıdır, əsgərlər də Türkiyə əsgərləridir. Azərbaycan isə ümumiyyətlə belə bir hərbi hissə açmaq gücündə deyil.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Semyon Peqov 44 günlük müharibədə olduğu kimi bu gün də sərsəm və əsassız iddialar səsləndirir:

"Əvvəla onu deyim ki, Peqovun Komando briqadaları barədə məlumatının olmaması onun məlum açıqlamasında da görünür. Məsələ ondadır ki, Prezident İlham Əliyevin Hadrutda açılışını etdiyi "Komando” hərbi
hissəsi ilk hərbi hissə deyil. Hazırda ölkəmizdə 3 belə "Komando” hərbi hissəsi var. Digər tərəfdən komandoların hər biri Türkiyədə hazırlıq kursu keçib, daha sonra vətənə qayıdır.

O ki qaldı Peqovun "Komando” hərbi hissəsi guya Türkiyə hərbi bazasıdır fikrinə, deyə bilərəm ki, Azərbaycan öz ərazisində Türkiyə hərbçilərini yerləşdirmək istəsə, buna nə Peqov, nə də ona yal atan ölkələr mane ola bilməz. Rəsmi Bakı bu məsələdə müstəqil qərar verir”.

Ə. Verdiyevin sözlərinə görə, Peqovun unutduğu bir məsələ də Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa bəyannaməsidir: "Şuşa bəyannaməsinə görə, iki qardaş ölkə zərurət yarandıqda bir-birinə təmannasız yardım edə bilər. Buna görə də Peqovun iddialarını ciddiyə almaq lazım deyil".
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ