kargo
kargo

Avtomobillərin məcburi texniki baxışını ləğv etdilər

606
Rusiya Prezidenti Vladimir Putin avtomobillərin məcburi texniki baxışdan keçirilməsini ləğv edib.

AMİA.AZ “Report”a istinadən xəbər verir ki, Putinin imzaladığı sərəncama əsasən, ölkə vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri nəqliyyat vasitələri və motosikletlər texniki baxışdan azad ediləcək.

Lakin bu taksi və sərnişinlərin daşınması üçün istifadə olunan, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillərə şamil edilməyəcək.

Bundan əlavə, istehsal tarixi 4 ildən yuxarı olan avtomobil və motosikletlər satıldıqda, həmçinin, qeydiyyata alındıqda, yaxud nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmək məcburi olacaq.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ