kargo
kargo

Zəngilanda fəhlələr etiraza qalxdı: Şirkətlərin "ötür-ötür oyunu" onları pulsuz qoyub - VİDEO

2 494
Zəngilan rayonunun Ağalı kəndində tikinti işləri görən fəhlələr etirazını aksiyası keçirib. Bu barədə Avtosfer.az-a izləyicilərdən biri video göndərib. Bildirilir ki, artıq bir neçə aydır işçilər əmək haqqı almır. Eyni zamanda həddindən artıq az pul ödənilir.
Avtosfer.az məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, "ağıllı kənd" layihəsini həyata keçirən şirkətlər maxinasiya ilə məşğul olur. Belə ki, kağız üzərində olan bir şirkət işi təhvil götürür və digər bir şirkətə aşağı qiymətlə icra üçün verir. Eyni zamanda ikinci şirkət üçüncüyə eyni qaydada işi ötürür. Nəticədə isə əslində misal üçün 10 manatlıq iş 3 manata icra edilir. "Şirkətlər" arasındakı pul dövriyyəsi isə gecikmələr yaradır. Ən sonda isə bundan fəhlələr əziyyət çəkir.
3000 şəhid verib 30 ildən sonra torpaqlar azad edilib. Amma hansısa vicdansız işbazlar yenə də bu cür oyunlar çıxardır.
Hələ bu ilk kənddir... Qarşıda bütöv Qarabağın quruculuğu bizi gözləyir...

VİDEO LİNK BURADA
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ