kargo

Azərbaycandan tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq

Azərbaycandan tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq

162
Azərbaycanda ölkə ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinə münasibətdə yol vergisi tətbiq olunacaq.

AMİA.AZ xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 209-cu maddəsinə dəyişiklik edilməsi ilə bağlı edilən təklifə görə, ölkə razisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Mövcud məcəlləyə görə isə Azərbaycan ərazisindən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər yol vergisi ödəyicisidir.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ