kargo

Təhsil naziri təmirsiz məktəblərdən danışdı - VİDEO

Təhsil naziri təmirsiz məktəblərdən danışdı - VİDEO

78676
“Məktəbləri kənd və şəhər deyə ayırmazdım. Azərbaycanda məktəblərin 75 faizi son 20 ildə təmir edilib”.

Bunu Baku TV-yə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, digər təmirsiz məktəblərə gəlincə növbəli əsaslarla, müxtəlif dövlət proqramları ilə onların təmiri həyata keçirilir:

“Bizim hesablamalarımıza görə, hazırda 900-dən artıq məktəbdə problemlər var. Bunlar əsasən daha az şagird sayı olan məktəblərdir. Çünki 100-ə qədər şagirdi olan məktəblər binaları modul tipli tədris müəssisələri ilə əvəz olunub. Dediyim kimi, bu məktəbləri birdən-birə tikmək mümkün deyil. Biz bu ardıcıllıqla gedəriksə, növbəti illərdə bu problem həll olunacaq. Ardıcıllığın da çox sadə alqoritmi var, biz çalışırıq ki, hər bir bölgədə bir və ya iki məktəbi biz təmir edək.”.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ