AMİA.AZ xəbər verir ki, şəhidin ailə üzvlərinin sözlərinə görə onlar məzarın təmir edilməsi üçün Cəlilabad İcra Hakimiyyətinə müraciət ediblər. Amma onların dediyinə görə İcra Hakimiyyətindən elə də müsbət cavab almayıblar. Onlara deyilib ki, əsgər A.Əliyev 44 günlük Vətən müharibəsində şəhid olsaydı, onun məzarını təmir edərdik. Bu cavab isə şəhidin ailəsini dərindən sarsıdıb. Bəs görən İcra Hakimiyyətində şəhidlər arasında fərq qoyan hansı məmurdur?!
Qeyd edək ki, Asif Əliyev Cəlilabadın Mikayıllı kəndində anadan olub. Qarabağ döyüşlərində xüsusi qəhrəmanlıqlar göstərib və buna görə hətta ermənilər onun başına pul mükafatı belə qoyublar.moderator

