Hacıbəy Heydərli Demokrat.az-a açıqlamasında deyib ki, jurnalistlərin şəhərdə sorğu keçirməsinə, müsahibə almasına mane olmaq birbaşa jurnalistin peşə fəaliyyətinə müdaxilə etməkdir:
"Azərbaycanda media sahəsində islahatlar aparılır, mətbuatımızın şəffaflaşması, yad təsirlərdən azad olunması üçün işlər aparılır. Belə olan təqdirdə mediaya aidiyyatı olmayan qurumların, idarələrin jurnalistlərin fəaliyyətinə müdaxilə etməsi heç bir halda qəbuledilən deyil. Onsuzda sorğu keçirmək istəyən keçirəcək, müsahibə almaq istəyən də alacaq. Bu cür süni əngəllər sadəcə olaraq ölkəmizin imicinə xələl yetirir".
Xatırladaq ki, “Xəzər Xəbər”in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.