kargo

44 günlük Vətən savaşında "McDonalds” ermənilərə necə dəstək vermişdi? - AÇIQLAMA

44 günlük Vətən savaşında "McDonalds” ermənilərə necə dəstək vermişdi? - AÇIQLAMA

237
"Bizim milli mətbəximiz kifayət qədər dadlıdır. Lakin nədənsə bu gün çox insan “McDonalds”a üz tutur. Yəni, bu o demək deyil ki, oranın yeməkləri dadlıdır. Bu şirkət ona görə populyardır ki, bu, bir brenddir. Hamı sadəcə bilir ki, oradakı yeməklər standartdır, yəni vahid standartı var. Ona görə də hamı ora gedir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov təəssüflə bildirib ki, Azərbaycan sahibkarları heç nədə vahid standartı qoruyub saxlaya bilmirlər:

"O cümlədən də yemək də standartları qoruya bilmirlər. Misal üçün, elə bizim yerli restoranlarımıza hamımız gedirik. Bir dəfə dadı belə olur, gələn dəfə başqa cür".

44 günlük Vətən savaşında "McDonalds” ermənilərə necə dəstək vermişdi? - AÇIQLAMA

Ekspertin sözlərinə görə, Azərbaycanda da yeni bir brend yaranmalıdır:

"Əlbəttə, biz buna cəhd edə bilərik. Heç kəs bizə məhdudiyyət qoymayıb. Kim istəyirsə, belə bir brend yaratsın və onun standart yeməkləri olsun. Amma təbii ki, “McDonalds”ın adı var, daimi müştəriləri var. Ona görə də hamı ora gedir. Yəni bu rəqabətə davam gətirmək çətindir".

Ə.Həsənov bildirib ki, 44 günlük Vətən savaşında "McDonalds”ın Azərbaycanla bağlı mövqeyi unudulmamalıdır:

"44 günlük Vətən savaşında "McDonalds”ın ordumuza yardım etmədiyini heç vaxt yaddan çıxartmalıyıq. Hamı da bunu bilməlidir. Daim xatırlatmalıyıq. 2000-ci illərin ortalarında belə bir populyar reklam var idi: "hamı yerli mal alsın, xeyir Vətənə qalsın". Çalışaq ki, öz yerli sahibkarlarımızdan, restoranımızdan alaq. Xüsusən də nəzərə alaraq ki, xaricilər bizə belə anlarda kömək etmədi, elə “McDonalds" şirkəti də".
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 070 511-33-00

XƏBƏR LENTİ