Ə.Amaşov Pravda.az-a müsahibəsində deyib ki, bu məsələ ilə bağlı jurnalist ictimaiyyəti, jurnalist təşkilatları öz fikirlərini bildirməlidirlər.
“Bulvarda dövlət əhəmiyyətli, dövlət sirri ilə bağlı müəyyən obyektlər varsa, həmin obyektlərin görüntülərinin çəkilməsinə, onun fonunda müsahibə verilməsinə dair qanunvericiliyə uyğun qaydada jurnalistlər müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər. Belə hal yoxdursa, jurnalist istənilən yerdə istənilən zaman müsahibindən müsahibə götürə bilər. Maneə törədilirsə, bunun üçün çıxış yolu var. Bildiyimiz kimi, qanunvericilikyə müəyyən yeniliklər edildi. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, jurnalist informasiya alarkən onun fəaliyyətinin məhdudlaşdırılması halında, əlbəttə, qarşı tərəf məsuliyyət daşıyır. Belə məqamda media təmsilçisi öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etməlidir”, - Ə.Amaşov bildirib.