AMİA.AZ Kommersant.az-a istinadən xəbər verir ki, şirkətin cəmi cari aktivlərində də azalma var. Belə ki, “İnvest-Az”ın əsas göstəricilərində ciddi azalmalar müşahidə olunub. Şirkətin açıqladığı 2022-ci ilin sonuna olan hesabatına görə, “İnvest-Az”ın cəmi cari aktivləri 2021-ci ilin sonu ilə müqayisədə 3 milyon 639 min manat və ya 27,54 faiz azalaraq 9 milyon 520 min manata düşüb. Bu azalmanın səbəbi isə şirkətin pul vəsaitləri və onların ekvivalentlərinin 1 il ərzində 129 min manat və ya 1,34 faiz azalaraq 9 milyon 464 min manata, digər aktivləri isə 3 milyon 510 min manat və ya 98,40 faiz azalaraq 56 min manata enməsidir.
Şirkətin əsas vəsaitləri 8 milyon 25 min manat artaraq 8 milyon 310 min manata yüksəlib. Bundan başqa “İnvest-Az”ın qeyri-maddi aktivləri 275 manat azalaraq 828 manata, təsisçilərlə hesablaşmalar 135 min manat azlaraq min manata düşüb. Şirkətin təxirə salınmış mənfəət vergisi isə 11 min manat azalaraq 23 min manatadək azalıb. Nəticədə şirkətin cəmi uzun müddətli aktivləri 16 milyon 392 min manat artaraq 17 milyon 730 manata enib. Buna görə də “İnvest-Az”ın cəmi aktivləri 1 il ərzində 12 milyon 753 min manat və ya 87,96 faiz artaraq 27 milyon 251 min manata bərabərləşib.
XƏRCLƏRİ GƏLİRLƏRİNDƏN 60,39 FAİZ ÇOX ARTIB
“İnvest-Az”ın marja ticarətindən xalis gəliri 1 il ərzində 926 min manat və ya 24,73 faiz artaraq 4 milyon 672 min manata yüksəlib. Broker və digər komissiya gəlirləri 62 min manat və ya 20,5 faiz azalaraq 242 min manata düşüb. Şirkətin tədris xidmətlər üzrə gəlirləri isə 8 min manat və ya 47,14 faiz artaraq 27 min manata yüksəlib. Şirkətin divident gəlirləri isə 297 manat azalaraq 17 min manata enib. Nəticədə “İnvest-Az”ın cəmi gəlirləri 872 min manat və ya 21,35 faiz artaraq 4 milyon 960 min manata yüksəlib.
Şirkətin xərcləri gəlirinə görə daha çox artıb. Belə ki, inzibati və digər əməliyyat xərcləri 1 milyon 189 min manat və ya 52 faiz artaraq 3 milyon 473 min manata çatıb. Şirkətin haqq və komissiya xərcləri 15 min manat və ya 5,92 faiz azalaraq 247 min manata enib. “İnvest-Az”ın faiz xərcləri isə 271 min manat və ya 2 dəfədən çox artaraq 387 min manata yüksəlib. Buna görə də şirkətin cəmi xərcləri 1 milyon 445 min manat və ya 54,27 faiz artaraq 4 milyon 108 min manata bərabərləşib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 40,16 FAİZ AZALIB
“İnvest-Az”ın gəlirləri 4 milyon 960 min manat, xərcləri isə 4 milyon 108 min manat olduğuna görə əməliyyat mənfəəti 851 min manat olub. Bu isə 2021-ci ilin sonu ilə müqayisədə 572 min manat azdır.
Mənfəət vergisini 127 min manat artıraraq 441 min manata yüksəldən şirkət il ərzində xalis mənfəətini 1 milyon 589 min manata yüksəldib. Amma buna baxmayaraq “İnvest-Az” əlində olan aktivlərin faiz gəlirliyini (ROA) faiz nisbətilə 68,10 faiz azaldıb. Belə ki, 2022-ci ilin sonunda 5,83 faiz olan ROA göstəricisi 2021-ci ilin sonunda 8,56 faiz olub.
“İnvest-Az”ın kapitalından istifadəsi (ROE) 1,18 faiz artaraq 33,51 faiz olub.
İnvest-Az
2022-ci il
2021-ci il
Fərq
Pul vəsaitləri
9.464,027
9.593,044
-129,017
Digər aktivlər
56,867
3.567,296
-3.510,429
Cəmi cari aktivlər
9.520,894
13.160,340
-3.639,446
Əsas vəsaitlər
8.310,068
284,524
8.025,544
Qeyri-maddi aktivlər
828
1,103
-275
İstifadə hüququ olan aktivlər
8.491,218
-
x
Təsisçilərlə hesablaşmalar
554,350
689,738
-135.388
İnvestisiya qiymətli kağızları
288,600
288,600
0
Asılı müəssisələrə investisayalar
62,000
62,000
0
Təxirə salınmış mənfəət vergisi
23,078
11,248
11,830
Cəmi uzun müddətli aktivlər
17.730,142
1.337,213
16.392,929
Cəmi aktivlər
27.251,036
14.497,553
12.753.483
Cəmi kapital
4.741,605
3.842,106
899,499
Marja ticarətindən xalis gəlir
4.672,355
3.745,693
926,662
Broker və digər komissiya gəlirləri
242,179
304,623
-62,444
Tədris xidmətləri üzrə gəlirlər
27,906
18,965
8,941
Divident gəliri
17,961
18,178
-217
Cəmi gəlirlər
4.960,401
4.087,459
872,942
Haqq və komissiya xərcləri
247,379
262,954
-15.575
İnzibati və digər əməliyyat xərcləri
3.473,938
2.284,872
1.189,066
Faiz xərcləri
387,147
115,299
271,848
Cəmi xərclər
4.108,464
2.663,125
1.445,339
Əməliyyat üzrə mənfəət
851,937
1.424,334
-572,397
Mənfəət vergisi
441,229
314,210
127,019
İl üzrə xalis mənfəət
1.589,237
1.242,368
346,869
ROA
5.83%
8.56%
-2,73%
ROE
33,51
32,33
1.18