AMİA.AZ xəbər verir ki, cədvələ əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir.
100 nəfəri əhatə edən siyahıda 5 Azərbaycan təmsilçisi yer alıb.
Onlardan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 2747 xalla 10-cu yerdədir. Digər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov isə 2740 xalla 16-cı yerdədir.
Həmçinin Arkadiy Naydiç 2676 xal toplayaraq 60 yerdə, Qədir Hüseynov 2661 xalla 79-cu, Rauf Məmmədov isə 2646 xalla 98-ci pillədə qərarlaşıblar.