kargo

“Silahı yerə qoymayanlar məhv ediləcək” - DİN-dən XƏBƏRDARLIQ

“Silahı yerə qoymayanlar məhv ediləcək” - DİN-dən XƏBƏRDARLIQ

662
Qazaxıstan Daxili İşlər Nazirliyi onların silahı yerə qoymaq tələblərinə müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb.

AMİA.AZ xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan”a DİN-dəki mənbə bildirib.

“Silahların yerə qoyulması ilə bağlı qanuni tələblərə silahlı müqavimət göstərildiyi halda, onlar (iğtişaşların iştirakçıları – red.) məhv edilir”, - agentliyin məlumatında ​​deyilir.

Qeyd olunur ki, Qazaxıstanın vilayətlərində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, hüquq-mühafizə orqanlarını pozan şəxslər və cinayətkarlar müəyyən edilərək saxlanılır.
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 070 511-33-00

XƏBƏR LENTİ