kargo
kargo

Nurçu olduğu deyilən azərbaycanlı deputata yüksək vəzifə verildi - FOTO

860
Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

AMİA.AZ xəbər verir ki, bu, Elçin Quliyevdir.

O, sədr müavini vəzifəsində ötən il dekabrın 7-də Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin olunmuş Fərhad Adıgözəlovu əvəz edib.

Xatırladaq ki, MDM 1997-ci ildə yaradılıb, mərkəzi depozitar olaraq maliyyə bazarlarına nəzarət orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir. Mərkəzin əsas məqsədi ölkə ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.

MDM fəaliyyətində ölkə prezidentinin 14 iyul 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Qiymətli kağızlar bazarı haqqında" qanunu, Mülki Məcəlləni, qüvvədə olan digər normativ hüquqi aktları və öz Nizamnaməsini rəhbər tutur.

Xatırladaq ki, bir neçə il öncə deputat Elçin Quliyev bir neçə il öncə "Nurçu"luqda ittiham edilmişdi. Onun da adı Ceyhun Osmanov kimi FƏtullah Gülən dəstəsində hallanmışdı.32gun.az

Nurçu olduğu deyilən azərbaycanlı deputata yüksək vəzifə verildi - FOTO
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ