Bu barədə AMİA.AZ -a Kəmalə Aşumova məlumat verib:
"Open World Proqramı çərçivəsində bu ilki səfər “Həssas uşaqlara sosial xidmətlərin göstərilməsi” mövzusunu əhatə etmişdir. İlkin olaraq səfərin üzvləri Vaşinqton şəhərində Konqresin Kitabxanasında keçirilən ümumi tanışlıq görüşündə iştirak etmiş, Amerikanın tarixi, dövlət kimi formalaşması mərhələləri, mədəni dəyərləri və liderlik bacarıqlarının formalaşması istiqamətində müxtəlif dövlət xadimlərinin, professorların və uzun illər QHT fəaliyyəti olan peşəkar və təcrübəli insanların nitqlərini və məruzələrini dinləmişlər.
Bundan sonra, Azərbaycan QHT nümayəndələri Florida ştatına yola düşərək orada yetkinlik yaşına çatmayanlarla təşkil olunan fəaliyyətlə tanışlığa başladılar. Səfər çərçivəsində Florida ştatında Həssas qruplardan olan və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara göstərilən xidmətlər, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması istiqamətində yerli dövlət qurumlarının fəaliyyəti, sosial xidmət mərkəzləri-sığınacaqlarla tanışlıq və təcrübə mübadiləsi aparıldı.
Görüşlərdə ABŞ-ın Florida ştatında yerli dövlət qurumlarının mərkəzlərlə əməkdaşlığı, uşaqların problemlərinin operativ yönləndirilməsi məqsədilə multidissiplinar qrupun işinin müşahidəsi, xüsusi qayğıya ehtiyacı olanların reabilitasiya-adaptasiyası və zorakılıqdan sonra cəmiyyətə inteqrasiya üçün (xüsusilə cinsi zorakılıq) uşaqlarla təşkil edilən atlar vasitəsilə terapiyalar, peşə yönümlü fəaliyyət və həmçinin ştatda mövcud qanunvericiliklə bağlı geniş məlumat əldə etmişdirlər. Xüsusilə Yuvenal ədliyyə sahəsində qanunla münaqışədə olan uşaqlarla fəaliyyət göstərən polis idarələri, probasiya sistemi və cəzaçəkmə müəssisələrinin strukturu, uşaqlara verilən cəzalar (hər bir ştat üzrə müxtəlifdir, təəsüf ki ömürlük cəza da mövcuddur), müəssisədə uşaqlara yönəlmiş rebilitasiya-reinteqrasiya fəaliyyəti, cinayyətin qurbanı və şahidi olan uşaqlar haqqında məlumat, onlarla təşkil edilən iş, həmçinin Azərbaycanda bu sahədə təşkil edilmiş fəaliyyət barədə də üzvlər tərəfindən məlumat verilərək, müqayisəli mübadilə aparıldı. Səfərin nəticəsi olaraq qeyri-hökumət təşkilatlarının xeyli təcrübə əldə etməsi, oradakı mərkəzlərin fəaliyyəti ilə tanış olaraq bir çoxlarının gələcəkdə Azərbaycanda tətbiqi istiqamətində fikir mübadiləsi aparmışlar.
Səfər çərçivəsində Ümidli Gələcək təşkilatının və digər nümayəndələrin Floridada Azərbaycana həsr edilmiş bir gün təşkil edərək Azərbaycan haqqında məlumat verimiş və Azərbaycanın milli mətbəxinin təamlarından hazırlanmış süfrə ətrafında birgə ünsiyyətlərini davam etdirmişlər.
Ümidli Gələcək təşkilatı uzun illər əhalinin həssas qruplarından olan uşaqara bir başa xidmət göstərərək hər zaman beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda adaptasiyasını həyata keçirən təşkilat olaraq, Amerika Birləşmiş Ştatlarında əldə edilən geniş təcrübəni və bilikləri bundan sonra da öz fəaliyyətində tətbiq edərək bu sahədə çalışan digər təşkilatlar, dövlət qurumları, təhsil ocaqları və uşaq problemləri sahəsinin digər əməkdaşları ilə də bölüşməyi planlaşdırır.
Bu səfərin təşkilində və geniş təcrübə mübadiləsinin əldə olunmasına şərait yaradan və dəstək verən Open World Proqramına, Amerika Səfirliyinə və Amerika Konsulluğuna təşəkkürümü bildirirəm."



















