kargo

Şahin Bağırovdan əmr: Bəzi idarələr, şöbələr ləğv ediləcək...

Şahin Bağırovdan əmr: Bəzi idarələr, şöbələr ləğv ediləcək...

266
Dövlət Gömrük Komitəsinin Aparatında və tabeli qurumlarında bir sıra dəyişikliklər aparılacaq.

AMİA.AZ xəbər verir ki , DGK sədri, general-leytenant Şahin Bağırovun əmri ilə yeni struktur layihəsi hazırlanıb.

Layihəyə əsasən, komitənin aparatında bir-birini təkrarlayan bir sıra idarələr və şöbələr ləğv ediləcək, bəziləri birləşdiriləcək və yaxud yeniləri ilə əvəzlənəcək.

Həmçinin bu qərar tabeli qurumlara da şamil ediləcək.

Dəyişiklik əsasən Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksizli mallar üzrə Baş Gömrük İdarəsi, gömrük postları və terminallarında reallaşacaq.

Qərarın gələn ayın ortalarına kimi təsdiq ediləcəyi gözlənilir.Qaynarinfo
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 070 511-33-00

XƏBƏR LENTİ