kargo

Azərbaycanda su yenidən bahalaşacaqmı? - AÇIQLAMA

Azərbaycanda su yenidən bahalaşacaqmı? - AÇIQLAMA

185
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputatlardan birinin içməli suyun qiyməti ilə bağlı açıqlaması müzakirələrə yol açıb.

Belə ki, millət vəkili Rüfət Quliyev Azərbaycanda içməli su qıtlığı səbəbindən qiyməti saxlamağın mümkün olmadığını deyib. Bu da qiymətlərin yenidən artacağı ilə bağlı suallar doğurub.
Azərbaycanda su yenidən bahalaşacaqmı? - AÇIQLAMA

Qeyd edək ki, sonuncu dəfə 2 dəfə artırılaraq 2021-ci il yanvarın 31-də Tarif Şurasının qərarı ilə bir kubmetr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunmuşdu.

Hazırda bütün dünyada qeydə alınan su qıtlığının qarşısını almaq üçün nə etmək lazımdır? Qiymət artımı həqiqətən problemin həllidirmi?

İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, deputatın açıqlamasında səbəb-nəticə bağlılığı yoxdur: “Su baha olan zaman qıtlıq olmayacaqmı? Su qıtlığı qiymətlə deyil, suya çıxış imkanları ilə bağlıdır. Bu halda sudan effektiv istifadə yolları tapılmalıdır”.

Ekspertin sözlərinə görə, qiymət artımı yolu ilə su qıtlığının aradan qaldırılması mümkün deyil və dünyada bunun örnəyi yoxdur:

“İşğaldan azad edilmiş torpaqların su resurslarından düzgün istifadə edilməli, sudan səmərəli istifadə yolları tapılmalı, Xəzər suyunun şirinləşdirilməsi ilə bağlı Prezident Fərmanı yerinə yetirilməlidir. Yəni suyun qiyməti qıtlığa bağlı olmadığından üçün qiymətin artırılmasına ehtiyac yoxdur”.

“Su təsərrüftı ilə məşğul olan dövlət qurumlarının effektiv çalışmasını təmin etmək lazımdır ki, onlar izafi xərclər etməsin, effektiv işləməyi öyrənsinlər”, - deyə N. Cəfərli vurğulayıb.

“Ölkə.Az”a açıqlamasında Azərbaycanda su qıtlığının hiss olunduğunu və problemin dərinləşdiyini deyən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bir neçə təklif irəli sürüb:

“İşğaldan azad olunmuş ərazilərin su potensialı ölkədə su probleminin həllində müsbət rol oynamalıdır. Eyni zamanda su qoruyucu texnologiyalar aktiv şəkildə iqtisadiyyatda tətbiq edilməlidir”.

Ekspertin sözlərinə görə, probemlərdən biri uzun illər ərzində Azərbaycanda effektiv su balansının tərtib edilməməsidir: “Bütövlükdə sahələrarası effektiv su balansı mexanizmlərinin lazımı şəkildə tərtib edilərək istifadə edilməməsi bu gün kənd təsərrüfatı, su təsərrüfatı və bütövlükdə milli iqtisadiyyatdakı problemlərin dərinləşməsinə şərait yaradır”.

Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 070 511-33-00

XƏBƏR LENTİ