Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu - FOTOLAR
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu - FOTOLAR
254
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) və Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində növbəti tədbir “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında Odlar Yurdu Universitetinin əcnəbi tələbələri və Azərbaycan Uşaqları İctimai Birliyinin könüllü tələbələrinin iştirakı ilə baş tutmuşdur. Tədbir miqrantların və qaçqınların cəmiyyətə uğurlu inteqrasiyası məqsədilə bir araya gətirilərək, yerli əhali qrupları ilə mədəniyyət, tarix və ənənələrin mübadiləsi məqsədi ilə təşkil olunmuşdur. Görüş zamanı təşkilatın əməkdaşları və təşkilatın nəzdində fəaliyyət göstərən Reabilitasiya və Reinteqrasiya mərkəzinin sakinləri ilə tanışlıq mərasimi keçirildi. Daha sonra mərkəzin fəaliyyəti haqqında məlumat verildi, mərkəzin sakinləri öz əl işlərini qonaqlara nümayiş etdirdilər.
Günün sonunda tələbələrin hazırladıqları kiçik qruplarda mərkəzin sakinləri ilə əyləncəli buzqıran oyunları və topla müxtəlif yarışların keçirilməsi ilə görüş yekunlaşdırıldı.
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 070 511-33-00