kargo

Vilayət Eyvazov məşhur idmançını vəzifəyə TƏYİN ETDİ

Vilayət Eyvazov məşhur idmançını vəzifəyə TƏYİN ETDİ

387
Daxili işlər orqanlarında kadr təyinatı olub.

AMİA.AZ xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.

Qeyd edək ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.oxu.az
Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 055 776-53-60

XƏBƏR LENTİ