Bu barədə Yeniavaz.com-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq.
Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, - idarədən qeyd edilib.
Sosia şəbəkələrdə valideynin 4-cü siniflərin buraxılış tədbirində müəllimə qızıl dəsti taxmasının görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrlardakı şəxsin Xırdalan şəhər 1 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağabalayeva olduğu bildirilir.
Görüntüləri yayan şəxs üzük və sırğadan ibarət qızıl dəstini müəllimin valideynlərə aldırdığını iddia edir.
Sözügedən kadrları təqdim edirik: