kargo
kargo

Azərbaycanda qadın 24 uşaq dünyaya gətirdi - VİDEO

995
Azərbaycanda ana 24 uşaq dünyaya gətirib.

AMİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkərdə məlumat yayınlanıb. Bəzən bir ildə iki dəfə uşaq dünyaya gətirən ana üçün bu problem deyil. Nurbibi adlı xanımın dünyaya gətirdiyi uşaqların cəmi 15-i həyatdadır, digərləri müxtəlif səbəblədən həyatını itirib.

Sosial şəbəkələrdə yayılan reportajda ana uşaq dünyaya gətirmənin onun üçün heç bir problem yaratmadığını, əksinə, özünü daha sağlam və gümrah hiss etməsinə səbəb olduğunu deyib. Buna baxmayaraq, uşaqların yemək və paltar ehtiyacının qarşılanmasında problemlərin olduğu diqqətdən qaçmayıb.

Uşaqları isə elə evdə, qonşularının köməyilə dünyaya gətirib. Nurbibi hazırda bazarda işləyir. Nurbibinin əri Qurban deyib ki, onlar bu qədər uşaq planlamayıblar, hər şey təbii baş verib. Çütlük qorunmağa çalışsa da, bunun faydası olmayıb. Qurbanın sözlərinə görə, bu qədər uşaq Allahın qismətidir:

“Bir ucdan gəlir”. Ailənin güzarani çətin olsa da, hələlik dolana bilir.


Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ