kargo

Koronavirusdan sonra saçlarınız tökülür? - İnfeksionist səbəbləri və çıxış yolunu göstərdi

Koronavirusdan sonra saçlarınız tökülür? - İnfeksionist səbəbləri və çıxış yolunu göstərdi

266
Bəzi hallarda koronavirusdan sağalan şəxslərdə saç tökülməsi, yaxud yoluxma zamanı və sonrası dəridə müxtəlif səpkilər müşahidə edilir. Bu isə insanlarda problemin daimi olması ilə bağlı narahatlıqlar yaradır.

Maraqlıdır, koronavirusun orqanizmə digər təsirləri nələrdir? Sağaldıqdan sonra, eləcə də xəstəlik müddətində nə kimi problemlər yarana bilər və bu problemlər daimidirmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli koronavirusa yoluxduqdan sonra, 2 ay müddətində saç tökülməsi ilə bağlı problemlərin yaşana biləcəyini deyib:

"Koronavirusdan sonra saç tökülməsi "telogen effluvium" adlandırılan vəziyyətlə əlaqədardır. Belə ki, bu durum hər hansı şok və ya güclü stress
sonrası təxminən 2 aya qədər müddətdə başlayan saç tökülməsidir. Bunun səbəbi saç köklərinin inkişafdan qalması və zəif olduqları üçün qoparaq tökülməsi ilə bağlıdır. Bu da koronavirusda təkcə orqanik fəsadların deyil, psixoloji durumun da nə dərəcədə əhəmiyyətli olduğunu, diqqət mərkəzində saxlanılması gərəkdiyini göstərən vəziyyətdir. Xoşbəxtlikdən bu, geri dönən prosesdir. Zamanla baş dərisi və saç kökləri əvvəlki vəziyyətinə qayıdır və saç tökülməsi də dayanmış olur".

İnfeksionist yoluxma zamanı dəri ilə bağlı problemlərin yarana biləcəyini, lakin bunun da keçici olduğunu bildirib: "Koronavirusa yoluxma zamanı və ya yoluxmadan sonra baş verən "urticaria" adlandırılan dəri problemləri isə xəstəliyin əvvəlində və ya sağalandan həftələr sonra yaranıb zamanla itib gedən ləkələrdir. Xəstəlik sonrası belə durumlarla rastlaşdıqda həkim dermatoloqa müraciət etmək lazımdır".
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ