kargo

“Whatsapp”a xəbərdarlıq: Fevralın sonuna qədər...

“Whatsapp”a xəbərdarlıq: Fevralın sonuna qədər...

78676
Avropa İttifaqı (Aİ) məşhur "WhatsApp” mesajlaşma proqramına xəbərdarlıq edib.

AMİA.AZ "lent.az"-a istinadən xəbər verir ki, buna səbəb tətbiqin 4 yanvar 2021-ci ildəki təqdim etdiyi "istifadəçi xidmət şərtləri və məxfilik siyasəti" müqaviləsidir.

Belə ki, həmin tarixdən fevralın 8-ə qədər bu sazişi qəbul etməyən istifadəçilər tətbiqdən istifadə edə bilməyəcəkdilər.

Çox ölkədə bu qərar və müqavilənin bir neçə maddələri reaksiyaya səbəb olmuşdu.

İndi isə Avropa Komissiyası istifadəçilərin hüquqlarının müdafiəsi orqanları bununla bağlı "WhatsApp” rəhbərliyinə məktub göndərib. Məktubda rəhbərliyin dəyişikliklərə aydınlıq gətirməsi xahiş olunub.

Komissiya "WhatsApp”a fevral ayına qədər vaxt verdiyini qeyd edib.

Şirkət mövzu ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ