kargo

3 yaşdan yuxarı uşaqlara qızdırma salan şamlar istifadə etməyin – Pediatr

3 yaşdan yuxarı uşaqlara qızdırma salan şamlar istifadə etməyin – Pediatr

78676
Çox zaman valideynlər qızdırmanı salmaq üçün dərman içmək istəməyən uşaqlara asan yol olaraq bağırsağa daxil edilən analoji təsirli şamlardan istifadə edirlər. Bu presudura da 3 yaşdan yuxarı uşaqlar sakit yanaşmır. Bir çox həkimlər və psixoloqlar uşaqlar məcburi hər hansı şam daxil edilməsinin psixoseksual mənfi təsiri barədə xəbərdarlıq edib.

AMİA.AZ Medicina.az-a istinadən xəbər verir ki, həkim pediatr Aytən İsmayılzadə də analara xəbərdarlıq edib.

“Çox vaxt bu mövzu qarşısında "bəs, üzərində 3-12 yaş yazılan şamlar var" cavabı ilə qarşılaşıram. Bəli var . Amma o şamlar iflic xəstəliyi, yataq xəstəsi, əqli geriliyi, udma problemi olan uşaqlar uçun nəzərdə tutulur ki, onlara dərmanı içirtmək çətin olur , bəzən mumkun olmur.

3 yaşdan sonra uşaqlar artıq özunu tanıyır, özunun və qarşısındakının cinsini bilir, öz cinsinə aid olan uşaqlarla oynayır, öz cinsinə aid obrazlara (ata ya ana) girir. 5-6 yaş uşaqlarda utanc hissi formalaşır, başqa uşaqların , tanımadığı insanların yanında çılpaq görünmək istəmir.

7- 8yaş uşaqlar ayaqyolundan istifadə sonrası öz gigiyenası ilə özü məşğul olur. Özləri tək çimmək istəyir. Uşaqları əzizləyərkən, öpərkən valideynə belə izacə verilən və verilməyən nahiyələr olur (bu haqda sonra - məsələn, uşağın dodağından deyil, alnından öpmək kimi)
Bütün bunların yanında bir də hərarəti, xəstəliyi bəhanə edib və bu xəstəliyə aid olmayan yerdən uşağın istəyinin əksinə olaraq, mudaxilə etmək zorakılıq kimi bir şeydir. Psixoseksual sferaya mudaxilə o deməkdir ki biz uşaqla bərabər inkişaf edən amma gizli qalmalı olan intim mərhələləri pozuruq. Hər ay, hətta ayda bir neçə dəfə hərarəti qalxan uşaqlara davamlı şamlardan istifadə etmək davamlı psixoseksual mudaxilə deməkdir.

Çalışın vacib olmadıqca, 3 yaşdan sonra anal, genital bölgəyə mudaxilə etməyəsiz. 3 yaşa kimi uşaqlar bunun fərqində olmur. Onlar Freydə görə inkişafın anal həzz mərhələsində olurlar.
Ehtiyac olmadıqca, məcburi imalə proseduruna muraciət edənlər uçun də mövzu eynidir.
"Axı şam ilə hərarət tez düşür " rəyini yazanlara umumi cavabım: O zaman siz uşağınıza psixoseksual mudaxilə etməyə davam edin”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ