kargo

Evdə ürəyi necə yoxlamalı? - Həkimdən sadə metod

Evdə ürəyi necə yoxlamalı? - Həkimdən sadə metod

78676
Ev şəraitində ürəkdə problem olub-olmamasını yoxlamaq mümkündür. Bunun üçün sadə üsulu bilməlisiz.

AMİA.AZ xəbər verir ki, həkim terapevt Marat Farraxov ürəyin fiziki yükə reaksiyasını evdə yoxlamaq üçün test barədə məlumat verib.

Əvvəlcə kürəyi üstə döşəmədə 5 dəqiqə uzanırsız və bədən gərginliyini azaldırsız (Bakupost.az). Bu vəziyyətdə pulsoksimetr və ya özünüz nəbzi 1 dəqiqədə sayırsız və qeyd edirsiz.

Daha sonra ayağa qalxıb, 1 dəqiqə dayanıb, nəbzi yenidən sayırsız.

Sonra evin içində oturub qalxıb, yüngül bir iş görüb həmin dəqiqə nəbzi sayırsız.

Əgər nəbz sayları arasında 25 vurğu fərq varsa, siz təcili kardioloqa yazılmalısız.

Məsələn, uzanan yerdə nəbzini 80 oldu. Ayağa qalxdız 100-ü keçdi, bir qədər hərəkət edəndə 110-a çatdısa, deməli, nəbz arasında vəziyyətə uyğun olaraq fərq çoxdur.

Sağlam ürəkdə bu göstəricilər kəskin qalxmamalıdır və çox tez normaya düşməlidir.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ