kargo

Koronavirusa qarşı məcburi peyvəndin "gizli forması"...

Koronavirusa qarşı məcburi peyvəndin "gizli forması"...

78676
Fransanın Səhiyyə naziri Olivye Veran ölkədə COVID-19-a qarşı məcburi peyvəndin "gizli formasının" tətbiq oluna biləcəyini bildirib.

AMİA.AZ xəbər verir ki, Veran Fransanın sanitar buraxılışlardan immunizasiya sertifikatlarına mümkün keçidini yüksək qiymətləndirərək, bunu "məcburi peyvəndin gizli, lakin daha effektiv forması" olduğunu bildirib. O, həmçinin əlavə edib ki, koronavirusa qarşı peyvənd olunmamış vətəndaşların barlara, restoranlara və digər ictimai yerlərə getməsinə qadağaların tətbiqi cərimə sistemindən daha effektivdir.

"Biz artıq tərəddüd edərək epidemiyanın yeni dalğaları təhlükəsi altında yaşamağa davam edə bilmərik", - deyə Olivye Veran qeyd edib.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ